ADVA 

Azərbaycan

Dermatoveneroloqlar

Assosiasiyası



ADVA

Hörmətli həmkarlar! 

Azərbaycan Dermatoveneroloqlar Assosiasiyası (ADVA) Azərbaycanda dermatovenerologiyanın inkişafına və dermtoveneroloqların bir araya gəlməsi məqsədi ilə yaradılmışdır.

2016 ci ildə Facebook da Baki Dermatovenerologiya e-Akademiyası yaradılmışdır və tez bir zamanda 365 xarici və azərbaycan dermatoloqlarını cəlb etmişdir. 2 il müddətində 12 toplantı, 5 simpozium və 1 kongress keçirilmişdi. Bu tədbirlərdə ümumiyyətlə 1500 yaxın dermatoveneroloq, derrmatokosmetoloq və başqa mütəxəssislər iştirak etmişdi və 20 dən çox xarici məruzəçilər çıxış etmişdirlər. Yüksək fəallağı və maraqı nəzərə alaraq 2018 ci ildə Azərbaycan Dermatoveneroloqlar Assosiasiyası yaradılmişdı.

Bu İçtimayi Birliyin əsas fəaliyyət istiqaməti dermatoveneroloqların davamlı təhsilini, yeni diaqnostik və müalicə üsüllarına yiyələnmək, elmi tədqiqatlara dəstək olmaq və xarici həmkarlarla elmi-praktik əlaqələrin qurulmasıdır. Bu məqsədlə, ADVA çərçivəsində kurslar, treninqlar, simpozium, konfrans və konqreslər təşkil edilmələri nəzərdə tutulur. Bu tədbirlərə dünyanın aparıcı mütəxəssisləri və görkəmli alimləri dəvət olunacaq.

Ümüd edirik ki ADVA nın fəaliyyəti Azərbaycanda dermatovenerologiyanın inkişafına yeni təkan verəcək!!!

Azərbaycan Dermatoveneroloqlar Assosiasiyasının
Prezidenti
Sənan Kərimov